ƏMƏK YARMARKASI TƏŞKİL OLUNDU

         17 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris korpusunun qarşısında universitetin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə “Əmək yarmarkası” təşkil edilmişdir. Universitetdə keçirilən bu aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədinə yönəlmişdir.

         “Əmək yarmarkası”nda 108 təşkilat və müəssisənin nümayəndələri iştirak etmişlər.Gəncə Məşğulluq Mərkəzindən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Goranboy və Göygöl rayonları tərəfindən 1020 iş yeri təklif olunmuşdur. 1020 təklif olunan iş yerlərinə artıq məzunlar tərəfindən 800-dən yuxarı CV təqdim edilmişdir.