ƏMƏK YARMARKASI TƏŞKİL OLUNMUŞDUR

16 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris korpusunun qarşısında universitetin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə  Gəncə şəhər İcra Hakimiyyətinin və  Gəncə Şəhər Məşğulluq Mərkəzi ilə birlikdə  “Əmək yarmarkası” təşkil edilmişdir. Universitetdə keçirilən bu aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədinə yönəlmişdir.

“Əmək yarmarkası”nda 83 təşkilat və müəssisənin nümayəndələri iştirak etmişlər. Gəncə Məşğulluq Mərkəzi tərəfindən 330, Qazax, Axstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Goranboy və Kəlbəcər rayonları tərəfindən isə 300 iş yeri təklif olunmuşdur. 600-dən artıq təklif olunan iş yerlərinə artıq məzunlar tərəfindən 800-dən yxarı CV təqdim edilmişdir.