Müəllif Arxivləri: Admin

“Dövlət Qulluğuna Hazırlıq Proqramı”

E L A N “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kurslar Gəncə Dövlət Universiteti tələbələri üçün əla fürsət ! Gəncə Dövlət Universiteti tələbələri üçün “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kursların qeydiyyatına start verir. Əziz tələbələr, əgər siz dövlət qulluqçusu olmaq, gələcək karyeranızı dövlət strukturu orqanlarında qurmaq istəyirsinizsə Universitetimizin sizin üçün yaratdığı bu imkandan yararlana […]

Davamı

HƏMKARLAR İTTİFAQI MÜKAFATLANDIRDI

Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda heyət üzvləri  universitetin tədris və ictimai həyatında səmərəli fəaliyyət göstərmiş  Psixologiya kafedrasının dosenti Zülalə Aslanovanı 70 illik yubileyi münasibəti ilə təbrik etdilər. Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, Kadrlar şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, Rus dili kafedrasının müdiri, dosent Kəmalə Əhmədova və  Ekologiya […]

Davamı

“IELTS” imtahanı təşkil olunmuşdur

GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində ilk rəsmi “IELTS” imtahanı təşkil olunmuşdur. İmtahanda 5 nəfər gənc iştirak etmişdir. 2 mərhələdən ibarət olan imtahanda iştirakçılar dinləmə, yazma, oxuma və danışıq üzrə biliklərini yoxlamışdırlar. İmtahan 2 saat, 45 dəqiqə müddətində davam etmişdir. GDU-nun “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri Rəhimov Mehdinin sözlərinə görə, GRBS […]

Davamı

Gəncə Dövlət Universitetində bu gün rəsmi IELTS imtahanı keçirilir

  Qərb bölgəsində ilk dəfə olaraq Gəncə Dövlət Universitetində IELTS imtahanı keçirilir. İmtahan GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə 18.02.2017- ci il tarixində saat 09:00- 12:00 aralığında Gəncə Dövlət Universitetinin əsas tədris binasında təşkil olunmuşdur. Qeyd edək ki, Gəncə Dövlət Universiteti ilə GRBS şirkətlər qrupu arasındakı razılığa əsasən hər ay Gəncə Dövlət Universitetində həm rəsmi IELTS […]

Davamı

DAAD GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ

Bildiyimiz kimi Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. Təqaüdü tələbələrimizə bir daha qazandırmaq və  elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani Dufauks, akademik müşaviri Rəna Hüseynova ilə birgə 16-17 fevral 2017-ci […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU

17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası keçirilmişdir. Rektor professor Yusif Yusibov Elmi Şuranın iclasının gündəliyində duran  məsələnin əlamətdar bir təqdimata həsr edildiyini bildirərək, qeyd etdi ki,  Universitetimizdə kimya elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə  və elmlər doktorlarının hazırlanmasında əvəzsiz rolu olan  bir alim- ilk dəfə Azərbaycan vətandaşı Elmi Şuranın qərarı […]

Davamı

YENİ ELMİ-TƏDQIQAT LABORATORİYASI YARADILDI

Son illərdə Gəncə Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsində, laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və  müasir tələblərə cavab verəcək yeni laboratoriyaların yaradılmasında əməli işlər görülmüşdür. Artıq Əsas tədris binasında 2 ədəd kimya, 2 ədəd botanika,1 ədəd zoologiya laboratoriyası yenidən qurulmuş  lazımi inventar və avadanlıqlarla təhciz edilmişdir. 17 fevral 2017-ci il tarixdə  isə qeyri-üzvü sistemlərin fiziki-kimyəvi tədqiqi ilə […]

Davamı

BEYNƏLXALQ GƏNCLƏR İTTİFAQININ KONFRANSI

14 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında  “Böyük İpək Yolu” adlı konfrans keçirilmişdir. Konfransda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini Heydər Atayev, İttifaqın baş katibi Aytən Əliyeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, YAP Gənclər Birliyinin sədri Cavid Bağırov, universitetin müəllim və […]

Davamı

PAYIZ İMTAHAN SESSİYASI UĞURLA BAŞA ÇATMIŞDIR

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif  Yusibovun  imzaladığı müvafiq əmrə əsasən, 2016/2017-ci tədris ilinin dekabr ayından başlayan payız (qış)  imtahan sessiyası başa çatmışdır. İmtahanlar  müasir  avadanlıqlarla təchiz olunmuş otaqlarda təşkil edilmişdir. İmtahanlarda 6000-dən çox tələbə iştirak etmişdir. Universitetdə imtahanların gedişatını izləmək üçün  valideynlərin, KİV və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq  “Açıq qapı” günləri də […]

Davamı

SİYASİ ANALİTİKLƏ GÖRÜŞ

07 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə V Bakı Beynəlxalq Humanitar Forum iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovun iştirakı ilə nəşr etdirdiyi “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” adlı kitabın təqdimatı olmuşdur. Təqdimatdan əvvəl siyasi analitiki Gəncə Dövlət Universitetinin […]

Davamı