Universitetdə Novruz bayramı münasibətilə festival keçirilib
Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib. Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, Şuşanın simvolu və s. xonçalara xüsusi gözəllik verib. Rektor, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını […]