Müəllif Arxivləri: Rauf Hacıyev

Gəncə Dövlət Universitetinə yüksək balla qəbul olan gənclər işlə təmin ediləcəklər

Qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinə daxil olmuş və tələbəlik illərində akademik göstəriciləri ilə fərqlənən gənclər həmin təhsil ocağında işə təmin ediləcəklər. Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisəsinin müvafiq ixtisaslarına daxil olmuş tələbələr ilə görüşündə məlumat verib. Tədbiri açan rektor Yusif Yusibov […]

Davamı

Gəncə Dövlət Filarmoniyasında ilk konsert proqramı təşkil edilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə konsert təşkil olunub. Konsertdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş beydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Konsert proqramında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, xarici qonaqlar və şəhər […]

Davamı

Tələbələr arasında Alman Akademik Mübadilə Xidmətindən istifadə edənlərin sayı artıb

Gəncə Dövlət Universitetində DAAD-la (Alman Akademik Mübadilə Xidməti) imtahan verən tələbələrin sayı artıb. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Alman Akademik Mübadilə Xidmətinin akademik müşaviri Rəna Hüseynova və xidmətin əməkdaşı Daniyela Modesti Gəncə Dövlət Universitetindəki alman dili kafedrasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün təhsil ocağında olub və DAAD yay kurslarında iştirak […]

Davamı

Rektor tələbələrlə görüşüb

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov dekabrın 18-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci və 3-cü kurs tələbələri ilə görüşüb. Tədbirdə həmçinin rektorun köməkçisi Elsevər Nağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev və İmtahan adminstrasiyasının rəhbəri Vasif Həsənov iştirak edib Tədbiri açan rektor Yusif […]

Davamı

Gender zorakılığı və insan alveri mövzusunda seminar keçirilib

Gəncə Dövlət Universitetində “Gender zorakılığı və insan alveri: səbəblər, qarşısının alınması üçün qabalayıcı işarələr və gündəlik alətlər” mövzusunda seminar keçirilib. Tədbiri açan  universitetin Humanitar məsələlər üzrə  prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların […]

Davamı

Gəncədəki təhsil müəssisələrinin tələbələri birgə layihələr həyata keçirəcək

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT) sədrlərinin və təşkilatların idarə heyəti üzvlərinin birgə iclası keçirilib. Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecinin sədrlərinin və […]

Davamı

Təhsil nazirliyində universitetlərarası əlaqələr və beynəlxalq fəaliyyət imkanları müzakirə edilib

Təhsil nazirliyində beynəlmiləlləşmə prosesində mövcud vəziyyəti və yeni çağırışları müzakirə etmək, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq fəaliyyəti ilə yaxından tanış olmaq və bu fəaliyyətin nazirliklə daha səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə görüş təşkil olunub. Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov […]

Davamı

“Gəncə Gənclər Debat Forumu: Payız 2017”nin qalibləri mükafatlandırılıb

Gəncə şəhər Gənclər və İdman Baş idarəsi və Gəncə Regionl Debat Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncə Gənclər Debat Forumu: Payız 2017” keçirilib. Forumda hər birində 3 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib. Forumun final mərhələsində Gəncə Dövlət Universitetinin Daltonlar və Plan-B komandaları qarşılaşıblar. Oyun zamanı üstünlük nümayiş etdirən Daltonlar komandası final mərhələsinin qalibi elan […]

Davamı

“Respublika Gənclər Debat Forumu: Payız 2017”nin qalib komandası müəyyənləşib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Payız 2017” forumu keçirilib. Milli Debat Programı çərçivəsində təşkil olunan forumda digər regional mərkəzlərin təmsilçi komandalarından üstün olan Gəncə Regional Debat Mərkəzi”nin Pobeda komandası final mərhələsində iştirak üçün haqq qazanıb. Yarışın final mərhələsində Azərbaycan Memarlıq və […]

Davamı

Universitetin futzal komandası tələbələrarası respublika çempionatında ikinci yerə çıxıb

Gəncə Dövlət Universitetinin futzal komandası Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən Futzal üzrə Respublika Çemrionatında ikinci yerə çıxıb. Bu barədə universitetin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətinə universitetin İdman Klubunun sədri Xaqani Umudov məlumat verib. Xaqani Umudov bildirib ki, universitetin komandası çempionatın birinci mərhələsində bütün rəqiblərini məğlub edərək zona üzrə birinci […]

Davamı