Müəllif Arxivləri: Rauf Hacıyev

Gəncə Dövlət Universiteti ilə daha bir ümumtəhsil məktəbi arasında əməkdaşlığın təməli qoyulub

Gəncə Dövlət Universitetinin Alman dili kafedrasının müəllimi Xanım Camalzadənin şəhərin 31 saylı ümumtəhsil məktəbində nümunəvi açıq dərsi təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, “Wir helfen unseren Eltern” (Biz valideynlərimizə kömək edirik) mövzusunda keçirilən dərs ümumtəhsil məktəblərinin 6-cı sinif şagirdlərinin xarici dil proqramının tələbinə uyğun olaraq tədris edilib. Həmçinin genişləndirilmiş auditoriya […]

Davamı

Açıq dərs: Fiziki şəxslərin gəlir vergisi və vergiyə cəlb olunma

Gəncə Dövlət Universitetində “Vergiyə cəlb olunma əməliyyatlarının uçotu (Fiziki şəxslərin gəlir vergisinin və aksizlərinin timsalında)” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib. Seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudov, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər. […]

Davamı

Universitet əməkdaşlarının təltif edilməsi kollektivdə böyük sevinc yaradıb

Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Ölkə Başçısının digər bir Sərəncamı ilə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan bir qrup şəxslərə fəxri adlar verilib. Həmin sərəncama əsasən universitetin […]

Davamı

Universitetdə “Elm ayı” başlayıb

Dekabrın 1-dən Gəncə Dövlət Universitetində “Elm ayı”na start verilib. Bu barədə Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Elmi Şuranın noyabrın 30-da keçirilmiş iclasında məlumat verib. Bir ay ərzində ali təhsil müəssisəsində həyata keçiriləcək layihələr və görüləcək işlər barəsində danışan Pərvin Kərimzadə bildirib ki, “Elm ayı” universitetdə ayrı-ayrı fakültələrin, […]

Davamı

Şagirdlər universitet alimləri ilə birgə elmi araşdırma aparacaqlar

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Gəncə Dövlət Universitetinin (GDU) alimləri ilə birgə elmi tədqiqata başlayacaqlar. Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Elmi Şuranın 30 noyabrda keçirilən iclasında məlumat verib. Bildirilib ki, son illərdə GDU-nun Gəncə şəhərindəki baza təhsil müəssisələri olan ümumtəhsil məktəbləri ilə əməkdaşlığı genişlənib. Bu məqsədlə şəhərin Mehdi Mehdizadə adına 4 […]

Davamı

Universitet əməkdaşlarının əməkhaqları artırılacaq

Gələn il yanvarın 1-dən Gəncə Dövlət Universiteti (GDU) əməkdaşlarının sosial təminatının daha da yüksəldilməsi məqsədilə aylıq əməkhaqları artırılacaq. Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Elmi Şuranın noyabrın 30-da keçirilən iclasında məlumat verib. Bildirilib ki, son 3 ildə GDU-nun əməkdaşlarının vəzifə maaşları və vəzifə maaşlarına əlavələr 2 dəfə artırılıb. Bununla belə professor-müəllim və […]

Davamı

Universitet əməkdaşları beynəlxalq seminarda təmsil olunublar

Avropa Komissiyasının Erasmus+ proqramına əsasən “PETRA -Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Türkiyə Respublikasında beynəlxalq seminar keçirilib. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Türkiyə Respublikasının Qazi Universitetində keçirilən seminarda Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Ruslan Məmmədov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev və Beynəlxalq […]

Davamı

Gəncə Dövlət Universitetinin tələbələri İsveçrənin təhsil təqaüdləri haqqında məlumatlandırılıb

Gəncə Dövlət Universitetinin tələbələri İsveçrənin təhsil təqaüdləri haqqında məlumatlandırılıb. Bu münasibətlə İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini Liliyana Peşçini Gəncə Dövlət Universitetində təqdimatla çıxış edib. Tədbiri açan Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə İsveçrəli qonağa ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verib. Bildirilib ki, […]

Davamı

Universitetin baza təhsil müəssisələrində şagirdlərin praktiki xarici dil bacarıqlarının inkişafına başlanılıb

Gəncə Dövlət Universitetinin baza təhsil müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə şagirdlərin praktiki xarici dil bacarıqlarının inkişafı məqsədilə genişləndirilmiş auditoriya üçün nümunəvi dərs keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, məktəbin 8-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərsdə universitetin Təcrübə və karyera şöbəsinin rəhbəri Mahir Məmmədov, Xarici dillər […]

Davamı

Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidir

Gəncə Dövlət Universitetində “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildiri ki, maarifləndirici tədbirdə Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun  məsləhətçisi Azad Axundov, Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları Rafiq Allahverdiyev, Şahin İsmayılov,  Ailə, Qadın və Uşaq […]

Davamı