Müəllif Arxivləri: Rauf Hacıyev

ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edən universitetin rektoru, professor Yusif  Yusibov bildirib ki, universitetdə fəaliyyət göstərən 8 fakültədən 7-də xarici ölkə vətəndaşları olan əcnəbi tələbələr təhsil alır. Ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər elm və təhsil sahəsində qazanılan uğurlar, çoxsaylı beynəlxalq əlaqələri haqqında ətraflı […]

Davamı

Debat Təhsil Proqramı Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universitetində təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib. Şəhər Gənclər evinin təşəbbüsü ilə keçirilən tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  Gənclər evinin müdiri Amil Qurbanovu və Gəncə Regional Debat Mərkəzinin sədri Eltac Quliyevi tələbələrə təqdim edib. Amil Qurbanov Gənclər evinin məqsədinin gənclərin asudə vaxtlarının […]

Davamı

İnformasiya kommunikasiya texnologiyaları və onlardan istifadə imkanları mövzusunda açıq dərs

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə müasir dövrün əvəzsiz informasiya mənbəyi olan kompüter texnologiyalarının istifadəsinə həsr olunan açıq dərs təşkil edilib. “Kompüterin yaddaşı, yaddaş qurğularının inkişaf  perspektivləri” mövzusunda keçirilən açıq dərsdə İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanov dinləyicilərə ətraflı məlumat verib. Tədbirdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, məktəblərin direktorları […]

Davamı

Universitedə yeni layihə: Hamımız magistr olaq

Gəncə Dövlət Universitetində magistraturaya qəbul olmaq istəyən gənclər üçün “Hamımız magistr olaq” layihəsinin icrasına başlanılıb. Magistr Natella Əliyevanın təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə icra olunan layihə nin məqsədi GDU-nun 4-cü  kursunda təhsil alan tələbələr üçün ödənişsiz magistr hazırlığı həyata keçirməkdir. Qeyd edilib ki, universitet tələbələrinin böyük maraqla qoşulduğu ödənişsiz hazırlıq kursunda iştirak edən […]

Davamı

Tələbələr Dövlət Müstəqilliyi Gününü təntənə ilə qeyd ediblər

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib. Xalqımız hər il bu əlamətdar günü çox böyük qürur hissi ilə qeyd edir. Bu fikirlər Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilən dəyirmi masada səsləndirilib. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan tarixi kafedrasının dosenti Sevinc Bağırova müstəqillik gününün yaranma tarixi barədə […]

Davamı

Tələbələr dahi şair Nizami Gəncəvinin türbə kompleksi və ev muzeyi ilə tanış olublar

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Filologiya fakültəsinin tələbələrinin Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiyasını təşkil edib. Ekskursiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, tələbələr Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. […]

Davamı

Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri ATİAHİ-nin Rəyasət heyətinə üzv seçilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) XVII hesabat – seçki konfransı keçirilib. Hesabat-seçki konfransında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Təhsil nazirinin müavini Mətin Eynullayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, səkkiz ölkənin həmkarlar təşkilatları və beynəlxalq həmkarlar ittifaqları birliklərinin nümayəndələri, respublikanın […]

Davamı

Gəncə Dövlət Universitetinin Təcrübə və karyera mərkəzi istifadəyə verilib

Gəncə Dövlət Universitetinin tədris baza müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə Təcrübə və karyera mərkəzi istifadəyə verilib. `Açılış mərasimində universitetin professor-müəllim heyəti və məktəbin kollektivi iştirak edib. Tədbiri açan Milli Məclisin deputatı, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, yeni yaradılan Təcrübə və karyera mərkəzi universitet-məktəb münasibətlərinin […]

Davamı

Rektor Yusif Yusibov: Ali təhsildə keyfiyyət məqsədimizdir

Mütəxəssiləri – ali təhsil proqramlarının rəqabətqabiliyyətliliyi, müasirliyi və aktuallığı, məzunları – təhsilin keyfiyyəti, təhsil aldığı ali məktəbin nüfuzu və gələcək kariyeraları, istehlakçıları – məzunların praktik bilik və bacarıqları, dövləti – ölkənin iqtisadi inkişafı və ali təhsilə qoyulan investisiyalar, tələbələri və onların valideynlərini isə keyfiyyətli ali təhsil verən universitet seçimi maraqlandırır. Bu fikirlər Gəncə Dövlət Universitetində […]

Davamı

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın taleyinə isə bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı yazılıb.Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb.İkinci tarixi imkan bir də […]

Davamı