Kateqoriya Arxivləri: Kateqoriyasız

Gəncə Dövlət Universitetində “şou debat” oynanıldı.

Gəncə Dövlət Universitetində Gəncə Regional Debat Mərkəzi, GDU Tələbə Gənclər Təşkilatı və GDU Debat Klubunun birgə təşkilatçılığı ilə yeni mövsümün açılışı, həmçinin təcrübəli debatçıların iştirakı ilə “şou debat” oynanıldı  Tədbirdə Gəndə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova çıxış edərək “Debat” proqramının üstünlükləri, Gəncə şəhərində regional mərkəzin 3 il ərzində həyata keçirdiyi tədbirlər və s. haqqında […]

Davamı

“ Bədən Dili “ adlı təlim keçirilib.

Gəncə Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “ Bədən Dili “ adlı təlim keçirilib. Təlimdə 27 nəfər tələbə iştirak edib.Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov təlim iştirakçılarını salamlayıb, Universitetdə gənclər üçün mühüm tədbirlərin həyata keçirildiyini və bu cür təlimlərin gənclərin intellektində mühüm rol oynadığını vurğulayıb. Təlimi biologiya-kimya fakültəsinin IV kurs tələbəsi Mina Əliyeva və […]

Davamı

“Natiqlik və İctimai Çıxış“ adlı təlim keçirilib.

Təlimdə “Natiqin davranış mədəniyyəti və nitqində obrazlılıq” və digər mövzularda çıxışlar dinlənilib. Eyni zamanda “Karyeranın artırılmasında natiqliyin rolu” mövzusunda iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb. Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov təlim iştirakçılarına məlumat verib ki, təlimlər dərsdən sonra təşkil olunur. Bu da tələbələrin öz asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir. Təlimçi Rüfanə İbadlı […]

Davamı

Jurnalistikaya ilk addım

3 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Jurnalistikaya ilk addım” adlı təlim keçirilib. Universitetin əsas tədris binasında yerləşən “Gənclər otağı”nda baş tutan təlimdə ayrı-ayrı fakültələr üzrə 25 nəfər tələbə iştirak edib. Təlimin keçirilməsində məqsəd jurnalistikaya dair ilkin məlumatların verilməsi, jurnalistikanın növləri, xəbərlərin yazılması, mobil reportyorluq, sosial şəbəkələrdən düzgün istifadə […]

Davamı