Kateqoriya Arxivləri: Tələbə həyatı

İNTELLEKTUAL YARIŞ KEÇİRİLDİ

24 sentyabr  2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin İqtisadiyyat və idarəetmə, Tarix-coğrafiya, Fizika və texniki fənlər fakültəsinin  tələbələrinin iştirakı ilə fərdi İntellektual yarış keçirildi. 25 sualı düzgün cavablandıraraq qələbə qazanmaq uğrunda  30 nəfər tələbə öz biliklərini sınaqdan keçirmək üçün mübarizəyə qoşulmuşdur. Tələbələr arasında ciddi maraq yaratmış bu yarışda  İqtisadiyyat […]

Davamı

TƏLƏBƏLƏR UŞAQ EVİNDƏ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Pedaqoji fakültənin I-II kurs tələbələri Gəncə şəhərində yerləşən Uşaq evində olmuşlar.   Valideyn himayəsindən məhrum olmuş bu uşaqlara baş çəkmək artıq bir ənənə şəklini almışdır. Bu dəfə də tələbələr aldıqları hədiyyələrlə onlara sevinc payı gətirmişlər. Görüş əsnasında uşaqlar səhnəciklər göstərmiş, tələbələr də onlarla birlikdə rəqs etmişlər. Axıra qədər […]

Davamı

“ƏSRİN MÜQAVİLƏSİ VƏ MÜSTƏQİL AZƏRBAYCAN” MÖVZUSUNDA MÜZAKİRƏ

19 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Tarix-coğrafiya, Xarici dillər və Biologiya-kimya fakültələrinin I kurs tələbələrinin iştirakı ilə “Əsrin müqaviləsi və Müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. İlk öncə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetə yeni qəbul olmuş tələbələri təbrik edib, onlara uğurlar arzuladı. Gəncə Dövlət Universitetinin […]

Davamı

QALİBLƏR MÜƏYYƏNLƏŞDİ

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə həyata keçirdiyi layihə əsasında İntellektual çempionatın finalı keçirildi. Dörd həftə davam edən gərgin yarışma finalla yekunlaşdı və qaliblər müəyyənləşdi. Birinci yerə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Həsənova Çinarə, ikinci yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Qaraşov Bürhan, üçüncü yerə Xarici dillər […]

Davamı

“3G” KOMANDASI QALİB OLMUŞDUR

“Odlar Yurdu” Gənclər İctimai Birliyi,  Gəncə Regional Debat Mərkəzi, Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə Dövlət Universiteti Debat Klubunun təşkilatciligi ilə həyata keçirilən “Gəncə Dövlət Universiteti III Daxili Debat Forumu –Yaz 2015” forumu uğurla başa çatmışdır. Forum “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatina müsbət təsir göstərir” movzusunda həyata keçirilmişdir. Forumda hər birində 3 […]

Davamı

GƏLƏN HƏFTƏ FİNAL YARIŞI OLACAQ

Bu günlərdə Gəncə Dövlət  Universitetinin əsas binasının akt zalında Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Biologiya-kimya və Riyaziyyat-informatika fakültəsinin  tələbələri arasında  fərdi intellekt yarış keçirilmişdir. Layihəyə uyğun olaraq  bu yarış  intelekt yarışlarının axırıncısı idi. Artıq indiyə kimi keçən yarışların qalibləri müəyyəndir. Gələn həftə final yarışı olacaq. Qaliblər rektorluğun fəxri fərmanına layiq görüləcəklər.

Davamı

MİLLİ QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ

16 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Milli qəhrəmanlarımızı yaxından tanımaq və onlar haqqında tələbələrə məlumat verməkdən ibarət idi. Dünyanın mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr […]

Davamı

TƏLƏBƏLƏR EKSKURSİYADA

15 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə universitetin fəal tələbələri Nizami məqbərəsində və Nizami muzeyində ekskursiyada olmuşlar. Ətrafında böyük abadlıq işləri görülmüş Nizami məqbərəsi, dahi Nizaminin  qəbrini ziyarət tələbələrdə xoş təəsürat yaratdı. Nizami muzeyində toplanılmış eksponatlar, ölməz şair haqqında əyani vasitələr tələbələrin məlumatlarını daha da genişləndirdi. Onlar xalqımızı, Gəncəmizi […]

Davamı

MƏKTƏB SƏHNƏSİNDƏ TAMAŞA

Gəncə Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələri öz vəzifələrini yerinə yetirməklə bərabər, məktəbin kollektivi ilə birlikdə məktəbin  ümumi işlərinə, tədbirlərinə yaxından köməklik göstərir, kollektivin təcrübəli müəllimlərindən öyrənir, onlara da öz töhfələrini verirlər. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan II kurs tələbələrinin fəaliyyəti nümunə […]

Davamı