Kateqoriya Arxivləri: Tələbə həyatı

İNTELEKTUAL YARIŞ

10 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “İntelektual fərdi yarış” keçirilmişdir. Fərdi sual-cavab yarışmasında Universitetin Filologiya, Xarici dillər, Pedaqoji və Riyaziyyat-informatika fakültələrinin I kurs tələbələrindən ibarət 50 nəfər tələbə iştirak etmişdir. Lövhədə yazılan bütün iştirakçılara aid olan […]

Davamı

OĞUZUN UĞURU

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin filologiya ixtisası üzrə II kurs tələbəsi Oğuz Hacıyevin  (Oğuz Aydın) “Ədəbiyyat qəzeti”nin sonuncu sayında  “Kainat…”, “Çərpələng…”, “Dilsiz ümidlər…”, “Aldığım nəfəsin cəzası…”,”İntihar” adlı şeirləri çap olunmuşdur. Bu şeirlərdə 18 yaşı tamam olmamış bir gəncin poetik dünyası, lirik məninin narahat düşüncələri öz əksini tapmışdır. Respublikamızın  ən nüfuzlu qəzetində şeirləri çap olunmuş Oğuz […]

Davamı

BƏDİİ QİRAƏT VƏ BƏDİİ YARADICILIQ ÜZRƏ MÜSABİQƏ

08 aprel 2015-ci il tarixində Gəncə Dövlət Universitetinin II korpusunun iclas zalında Tələbə Gənclər Təşkilatının geniş tədbiri keçirildi. Təşkilatın sədri  Orxan Məmmədov  giriş sözündə rektor professor Yusif Yusibovun qayğısı nəticəsində istedadlı tələbələrin aşkar edilməsi və onların həvəsləndirilməsində son vaxtlar çox işlər görüldüyünü, bu sahədə bir-birindən maraqlı layihələr hazırlandığını və reallaşdığını xüsusilə qeyd etdi. Bu istiqamətdə […]

Davamı

YENİ LAYİHƏ

Gəncə Dovlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin hərtərəfli inkişafını həmişə diqqət mərkəzində saxlayır, zəruri tədbirlərin reallaşması üçün yeni-yeni  layihələrinə start verir. Şübhə yox ki, müasir dövrdə, hər sahədə dünyaya inteqrasiya olunduğumuz bir şəraitdə dil bilmədən məhsuldar fəaliyyət çətin prosesdir. Elə bu baxımdan 07 aprel 2015-ci il tarixdən universitet tələbələri üçün ödənişsiz ingilis kursu təşkil olundu. […]

Davamı

PROFESSORLA GÖRÜŞ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının “Fikir çərşənbəsi”  adlı layihəsi əsasında növbə ilə tələbələrlə professorların görüşü təşkil olunur. 07 aprel 2015-ci il tarixdə “Fikir çərşənbəsi”nə Botanika kafedrasının müdiri, biologiya  elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Vaqif Novruzov dəvət olunmuşdur. Professor Vaqif Novruzov 1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1978-ci ildə baş elmi […]

Davamı

DEBAT TƏLİMLƏRİ

04-05 aprel 2015-ci tarixdə Gəncə Debat Mərkəzinin əməkdaşlığı ilə Gəncə Dövlət Universitetinin   Tələbə Gənclər Təşkilatının layihəsi əsasında  debat təlimləri təşkil olundu. İki gün davam edən bu təlimlərdə universitetin əksər fakültələrindən olan 70 nəfər tələbə iştirak edirdi. İkinci günki təlimdə artıq onlardan 33 nəfər dinləyici seçilmişdi. Tələbələr təlimlərdə natiqlik bacarıqlarına yiyələnəcək,  auditoriya qarşısında sərbəst çıxış […]

Davamı

FƏNN OLİMPİADASI BAŞLANDI

04 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Tələbələr arasında I fənn olimpiadası” başlayıb. Olimpiada 4 həftə davam edəcək və may ayının ilk ongünlüyündə yekunlaşacaq. Olimpiadada tələbələr iqtisadiyyat, riyaziyyat, kimya, biologiya, tarix, fizika, psixologiya, ədəbiyyat və s. fənlərdən öz biliklərini […]

Davamı

FAKÜLTƏLƏRARASI BİLİK YARIŞI BAŞLANDI

03 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının qəbul etdiyi layihəyə əsasən fakültələrarası tələbələrin ümümi dünyagörüşlə bağlı bilik yarışına start verildi. İlk öncə müəyyən edilmiş günlər üzrə qruplaşdırılmış fakültələrin tələbələri arasında keçirilən yarışlarda I,II və III yerlər üzrə qaliblər müəyyənləşdiriləcək, yekunda isə yarış fakültələr üzrə qalib çıxmış tələbələr arasında keçiriləcək və mükafatlandırılacaqlar. […]

Davamı

BEYNƏLXALQ GÜLÜŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

1 aprel 2015-ci il tarixdə Beynəlxalq gülüş günü ilə əlaqədar Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “1 aprel Beynəlxalq gülüş günü” adlı tədbir keçirilmişdir.Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbiri giriş sözü […]

Davamı

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

30 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Pərvin Kərimzadə açaraq erməni daşnakları tərəfindən azərbaycanlıların soyqırımı haqqında tələbələrə geniş məlumat verərək bildirmişdir ki, Mart […]

Davamı