Kateqoriya Arxivləri: Xəbərlər

Tələbələrin informasiya texnologiyaları sahəsindəki biliklərinin artırılması üçün seminar təşkil olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində təhsil alan gənclərin İKT sahəsindəki biliklərinin inkişafı məqsədilə seminar təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, seminarda  ümumilikdə 200 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib. Seminardan sonra mərkəzin əməkdaşları tərəfindən universitet rəhbərliyi […]

Davamı

Mirzə Şəfi Vazeh Muzeyi ilə tanışlıq tələbələrdə xoş təəssürat yaradıb

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər. Muzeyin ekspozisiya zalı ilə tanış olan tələbələrə bələdçilər tərəfindən məlumat verilib ki, son illər sosial-iqtisadi və mədəni inkişafının coşğun dövrünü yaşayan Nizami yurdunda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam […]

Davamı

Ötən il Gəncə Dövlət Universitetində işləyən 23 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb

Gəncə Dövlət Universitetində işləyən gənc alim və doktorantların sayı artıb. Hazırda universitetdə fəlsəfə proqramı üzrə 104 nəfər dissertant və 58 nəfər doktorant, elmlər doktoru proqramı üzrə isə 18 nəfər dissertant alimlik dərəcəsi almaq üçün elmi tədqiqatlarını davam etdirir. Bu barədə universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə Elm və İnnovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin […]

Davamı

AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni kitab işıq üzü görüb

AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı yeni kitabı çapdan çıxıb. Kitabın müəllifi bildirib ki, yeni tədqiqat işi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb. AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən […]

Davamı

Şəhər məktəbliləri Gəncə Dövlət Universiteti ilə tanış olublar

Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin  yuxarı sinif şagirdləri və müəllim heyəti Gəncə Dövlət Universiteti ilə daha yaxından tanış olublar. Əvvəlcə şagirdlərə universitetin şərəfli inkişaf tarixi və hazırki fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, resbublikanın ali və orta təhsil müəssisələrini yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Gəncə Dövlət […]

Davamı

Rektor Yusif Yusibov: Keyfiyyətli təhsil gələcəyin təminatıdır

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın  təşkilinə  həsr olunan iclas keçirilib. İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri […]

Davamı

Açıq dərs: tələbə müəllimlik etdi, təcrübəli müəllimlər razı qaldı

Son illərdə universitet-məktəb qarşılıqlı əlaqəsinin uğurlu nümunəsini yaradan Gəncə Dövlət Universitetinin şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə çoxşaxəli faydalı əməkdaşlığı davam edir. Bu cür əlaqələrin inkişafında isə təcrübəçi tələbələrin müxtəlif ümumtəhsil məktəblərində keçdiyi açıq dərslərin böyük əhəmiyyəti var. Aprelin 23-də Biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Günay Verdiyevanın Cəfər Cabbarlı adına 6 saylı tam orta […]

Davamı

Universitetin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları aprelin 20-21-də Xəzər Universitetində keçirilən “Qloballaşan təhsil” adlı Beynəlxalq simpoziumda iştirak ediblər. Sinpoziumda Azərbaycan (Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, ADİU, ADPU, ADU, ATU, ADMİU, BSU, BMU, Gəncə Dövlət Universiteti, Mingəçevir şəhərindəki 7 saylı məktəb, Bakı şəhərindəki 126 saylı tam orta məktəb), Türkiyə […]

Davamı

Kollektiv adından təbrik

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il aprelin 23-də Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunub. Bu münasibətlə Ceyhun Bayramovu Gəncə Dövlət Universitetinin çoxminli professor-müəllim və tələbə heyəti adından təbrik edir, ona Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, Gəncə Dövlət Universitetinin kollektivi bundan […]

Davamı

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər: 1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; 1.2. Azərbaycan […]

Davamı