Kateqoriya Arxivləri: Xəbərlər

İmtahanlara start verildi

         Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə imzaladığı müvafiq əmrə əsasən iyun ayının 1-dən bakalavriat səviyyəsi üzrə əyani şöbənin  I-III kurslarında və mağistraturada yay imtahan sessiyasına start verilmişdir.          Rektor imtahana qədər bütün fakültələrin fəal tələbələrinin iştirakı ilə görüş keçirmiş, onların istək və arzularını dinləmişdir. Bu ilki […]

Davamı

Tələbələrin konsert proqramı

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi və Gəncə şəhərində fəaliyyət göstərən Aura Park alış-veriş və əyləncə mərkəzinin təşəbbüsü ilə “Yay konserti” adlı açıq havada konsert proqramı keçirildi. Tarix-coğrafiya fakültəsinin tələbəsi Danulduz Həsənova ifa etdiyi xarici musiqilər, gənclər və şəhər sakinləri tərəfindən alqışlarla qarşılandı. Daha sonra “Modern” qrupunun ifa etdikləri mahnılar böyük maraqla dinlənildi. Konsert […]

Davamı

39 saylı orta məktəbdə Musiqi kafedrasının konsert proqramı

23.05.2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Təhsilin Pedaqoqikası və Metodikası kafedrasının müdiri Allahverdi Quliyevin təşəbbüsü və musiqi fənnləri  kafedrasının iştirakı ilə Gəncə şəhər 39 nömrəli məktəbdə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Allahverdi Quliyev  rektor Yusif Yusibovun məktəb kollektivinə,tədbir iştirakçılarına salamlarını çatdıraraq tədbirin işinə uğurlar arzuladı. Tədbirdə musiqi fənnləri kafedrasının tələbələri və məktəbin istedadlı şagirdləri […]

Davamı

43 №-li məktəbdə tələbənin sınaq dərsi

19 may 2017-ci il tarixdə Gəncə şəhər Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Elvinə Rüstəmzadə 32 sinfində Həyat bilgisi fənnindən “Gəlirlər və xərclər” mövzusunda “sınaq dərs”i keçirildi. Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dos. Cabbar Qarayev, məktəbin  direktor müavini Asif Kərimov, təcrübə […]

Davamı

Molla Pənah Vaqifin 300 illik yubileyi keçirildi

24 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında  Molla Pənah Vaqifin anadan olmasının 300 illik  yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq keçirilən yığıncaqda Humanitar məsələlər […]

Davamı

Tələbənin növbəti sınaq dərsi

25 may 2017- ci ildə Gəncə şəhər Nigar Rəfibəyli  adına 43 nömrəli tam orta məktəbdə  Pedaqoji  fakültənin İbtidai sinif  мцяллимлийи ixtisasının IV kurs tələbəsi  Musazadə  Aynurə Cuma qızının “sınaq dərs”i keçirildi. Musazadə Aynurə  tərəfindən təqdim olunan  dərs həmin məktəbin 23 sinfində  “Cirtdan” nağılı mövzusuna həsr olunmuşdur. Təcrübəçi  tələbə dərsdə müasir təlim metodlarından və əyani vəsaitlərdən […]

Davamı

RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS

25 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin ikinci tədris binasında 28 May – Respublika Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq qeyd etdi ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində 1918-ci il mayın 28-də Azərbaycanda Demokratik […]

Davamı

39 SAYLI MƏKTƏBDƏ TƏLƏBƏLƏRİN AÇIQ DƏRSLƏRİ

22 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin baza məktəbi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə universitetin Xarici dillər fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının IV kurs tələbələrinin İngilis dili fənnindən açıq dərsləri keçirildi. Tələbələr Sahilə Hüseynovanın  “Azərbaycan”  və Həcər Həsənovanın “Hətta heyvanlarında evə ehtiyacı var” adlı açıq dərslərində Təcrübə və […]

Davamı

RUSİYALI ALİM, TARİXÇİ OLEQ KUZNETSOVLA GÖRÜŞ

  22 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində V Bakı Beynəlxalq Humanitar Forum iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovun iştirakı ilə “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını tanınması üçün petisiya” haqqında universitetin müəllim heyətini, orta məktəb müəllimlərini,tələbə və şagirdləri məlumatlandırmaq məqsədi ilə […]

Davamı

Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu ESFIDIP Tempus layihəsinin yekun görüşü keçirilib

2017-ci il mayın 15-i və 16-da Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin son görüşü keçirilib. İki hissədən ibarət olan görüşün birinci hissəsində layihənin tərəfdaşları – Xəzər Universiteti, Lodz Universiteti, Makedoniya Universiteti, Qraz Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayit Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, […]

Davamı