Kateqoriya Arxivləri: Xəbərlər

Tempus CURDEUS layihəsi çərçivəsində beynəlxalq seminar.

19 noyabr 2014-cü ildə Gəncə Dövlət Universitetində Lodz Sosial Elmlər Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəlliminin iştirakı ilə  “Avropa İttifaqı araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi”(“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı  Tempus layihəsi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Kurrikulumların təhlili prosesinin nəticələrinə həsr olunmuş seminar dinləyicilərin marağına səbəb […]

Davamı

Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Cavid oğlu Alverdiyev qabaqcıl təhsil işçisi “döş nişanı” ilə təltif olundu.

  Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Cavid oğlu Alverdiyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi “döş nişanı” ilə təltif olunmuşdur. Bu münasibətlə Universitetimizin rektoru, professor Yusif Əmiralı oğlu Yusibov onu universitet elmi şurasında təbrik etdi.  

Davamı

Universitetimiz Azərbaycanın “Qırmızı kitab”ının ikinci nəşrinin hazırlanmasında iştirak etdi!

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 cildlik “Qırmızı kitab” çap olunmuşdur. Professor Vaqif Seyfəddin oğlu Novruzov “Qırmızı kitab”ın redaksiya heyətinin üzvü, eyni zamanda professor Vaqif Seyfəddin oğlu Novruzov, dosent Zülxumar İsmayılova, dosent Aynur Bayramova kitabın müəlliflərindən olmuşlar. Adları çəkilən müəlliflərin son 1 ildə impakt faktorlu jurnallarda məqalələri və monoqrafiyaları […]

Davamı

Fəal tələbələrlə görüş

19 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tarix-coğrafiya və xarici dillər fakültəsinin fəal tələbələri ilə görüş keçirmişdir. Görüş zamanı tədris, tələbə həyatı,  təhsilə maneçilik törədən neqativ hallarla bağlı tələbələrin fikirləri, ehtiyacları, arzu və təklifləri dinlənilmiş, bəzi məsələlərin operativ həlli yönümündə  müəyyən göstərişlər verilmişdir. Görüş həm rəhbərlik, həm də tələbələr üçün maraqlı […]

Davamı

“BOWLING” yarışı

Gəncə Dövlət Universitetinin dəstəyi ilə Tələbə Gənclər Təşkilatı “SAĞLAM GƏLƏCƏK , SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK ! ” layihəsi çərçivəsində tələbələr arasında “BOWLING” yarışı keçirib. Nəzərinizə çatıdıraq ki, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır. Layihə çərçivəsində keçirilən müsabiqədə 9 komanda olmaqla 30-a yaxın gənc iştirak etmişdir. 2 saat müddətində davam […]

Davamı

Aktiv tələbələrlə görüş

14 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov II tədris korpusunun iclas zalında ayrı-ayrı fakültələrin aktiv tələbələri ilə görüş keçirmişdir. Görüşdə tələbələrlə açıq söhbət məqsədilə yalnız rektor iştirak etmişdir.  Professor Yusif Yusibov hər bir fakültənin tələbələrini dinləmiş, müsbət cəhətlərlə bərabər, deyilən çatışmazlıqları, onların fəaliyyəti ilə bağlı vacib məsələləri, ehtiyaclarını dinləmişdir. İmtahanlarla, […]

Davamı

“Mətbuat xidməti” yaradıldı

14 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin genişləndirilmiş Elmi Şurası keçirilmişdir. Elmi Şuranın sədri, rektor, professor Yusif Yusibov Şura üzvülərinə Universitetdə “Mətbuat xidməti”nin yaradılması haqqında məlumat vermiş, “Mətbuat xidməti”nə rəhbər təyin edilmiş dosent Maqbet Əhmədovu təqdim etmişdir.

Davamı

Konstitusiya gününə həsr olunmuş konfrans

Noyabrın 12-də Gəncə Dövlət Universitetində Konstitutsiya gününə həsr olunmuş konfrans keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq professor-müəllim, tələbə heyətini Konstitusiya günü münasibətilə təbrik etdi. Qeyd olundu ki, XX yüzilliyin sonunda baş verən böyük tarixi hadisələr bir sıra başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqına da xoşbəxtlik […]

Davamı

Gəncə Dövlət Universitetində 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 7-də Gəncə Dövlət Universitetində 9 Noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov açaraq rektor, professor Yusif Yusibovun adından professor-müəllim, tələbə heyətini salamlayaraq bu əlamətdar gün münasibətilə təbrik etdi. Sonra dövlət himni səsləndirildi. Prorektor Asif Cavadov çıxışında uzun illər bundan öncə Şərqdə ilk dəfə […]

Davamı

Universitetdə ekoloji problemlərə həsr olunmuş elmi seminar keçirildi.

30 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universitetində “XXI əsrin əvvəllərində Azərbaycanda ekoloji problemlərin həlli yolları” adlı elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan Elm və texnika üzrə prorektor elmi seminarların əhəmiyyətindən və Universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat verdi. Ekologiya kafedrasının müdiri Vaqif Rəhimov mövzünun aktuallığından bəhs etdi və sözü məruzəçi professor […]

Davamı