Kateqoriya Arxivləri: Xəbərlər

ÇANAQQALA ZƏFƏRI – 100

24 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində “Çanaqqala zəfəri – 100” adlı Elmi- praktik konfrans keçirilmişdir. Konfransda Türkiyənin Gəncə şəhərindəki konsulu Orxan İşık, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektoru Asif Cavadov, müəllim və tələbə heyəti iştirak etmişdir. Konfransda ilk öncə  hər iki dövlətin Dövlət Himnləri səsləndirildi. Humanitar məsələlər […]

Davamı

NÜMUNƏVİ SINAQ DƏRSLƏRİ

24 aprel tarixdə Məhəmməd Hadi adına 10 saylı  tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin pedaqoji təcrübədə olan informatika müəllimliyi ixtisasının III  kurs tələbəsi Gülnur Əliyevanın   ikinci sinifdə açıq dərsi oldu. Maraqlı odur ki, Azərbaycan bölməsində təhsil alan Əliyeva Gülnur Rəhman qızı  rus dilində təhsil alan şagirdlər qarşısında öz qabiliyyətini və savadını nümayiş […]

Davamı

YUBİLYARIN TƏBRİKİ

Gəncə Dövlət Universitetinin Riyaziyyat–informatika fakültəsinin İnformatika kafedrasının baş müəllimi Mələk Əliyevanın ömrü bu ali təhsil ocağının istisiylə isinib desək, səhv etmərik. O, bu ocaqda əsl pedaqoq kimi püxtələşib, sevinci də, kədəri də, uğurları da bu ocaqla bağlıdır. Burda hamı ona doğmadır.Tələbədən tutmuş müəllim kollektivinədək. Ona görə də 70 il Mələk xanım üçün bu dərəcədə mənalı […]

Davamı

“Müasir biologiya və kimyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçiriləcək

5-6 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş  “Müasir biologiya və kimyanın aktual problemləri” adlı  elmi-praktik konfrans keçiriləcəkdir.  Konfransın materialları kitab şəklinda nəşr ediləcəkdir. BOTANİKA I bölmə Novruzov V.S., İsayeva F.M. Bəzi sənaye şəhərləri (Mingəçevir, Yevlax) şibyələrinin bioindikasiya xüsusiyyətləri Qurbanov E.M., Məmmədova D.B.Sumqayıtçay hövzəsində bəzi […]

Davamı

“3G” KOMANDASI QALİB OLMUŞDUR

“Odlar Yurdu” Gənclər İctimai Birliyi,  Gəncə Regional Debat Mərkəzi, Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə Dövlət Universiteti Debat Klubunun təşkilatciligi ilə həyata keçirilən “Gəncə Dövlət Universiteti III Daxili Debat Forumu –Yaz 2015” forumu uğurla başa çatmışdır. Forum “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatina müsbət təsir göstərir” movzusunda həyata keçirilmişdir. Forumda hər birində 3 […]

Davamı

GƏLƏN HƏFTƏ FİNAL YARIŞI OLACAQ

Bu günlərdə Gəncə Dövlət  Universitetinin əsas binasının akt zalında Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Biologiya-kimya və Riyaziyyat-informatika fakültəsinin  tələbələri arasında  fərdi intellekt yarış keçirilmişdir. Layihəyə uyğun olaraq  bu yarış  intelekt yarışlarının axırıncısı idi. Artıq indiyə kimi keçən yarışların qalibləri müəyyəndir. Gələn həftə final yarışı olacaq. Qaliblər rektorluğun fəxri fərmanına layiq görüləcəklər.

Davamı

TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

21 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin direktoru  Əvəz Rüstəmov   və “Tələbə gənclər arasında demokratik proseslərin inkişafına dəstək məqsədilə jurnalistikanın təbliği” layihəsinin eksperti, jurnalist araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə ilə tələbələrin görüşü olmuşdur. Hər iki yoldaş “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna […]

Davamı

Dosent Nüyvər Nəsrullayevin açıq dərsi keçirildi

21 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində açıq dərs keçirildi. Həndəsə və cəbr kafedrasının dosenti Nüyvər Nəsrullayevin açıq dərsi “Dörd nöqtənin mürəkkəb nisbəti” adlı mövzuya həsr edilmişdir. Kafedra müdiri dosent İlqar Cabbarov giriş sözündə açıq dərsin mahiyyətindən, universitetimizdə bu layihənin icrasına başlanandan sonra  fakültədə dərslərin daha keyfiyyətli təşkilinə təsirindən, müəllimlərin məsuliyyət hissini […]

Davamı

Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı

17 aprel 2015-ci il tarixdə Qafqaz Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransı” keçirilmişdir. Konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət etmişdilər. 1400-ə yaxın tezis arasından 954 elmi məqalənin qəbul olunduğu, həmçinin məqalələrin […]

Davamı

RƏSM MÜSABİQƏSİ

20 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə Universitetin ayrı-ayrı fakültələrindən rəsm qabiliyyəti olan tələbələrin portret, mənzərə, vətənə məhəbbət motivli rəsm nümunələri nümayiş etdirilmişdir. Mücərrəd düşüncəni əks etdirən işlər də diqqəti cəlb edirdi. Rəsm müsabiqəsinin keçirilməsində […]

Davamı