Kateqoriya Arxivləri: Xəbərlər

FAKÜLTƏLƏRARASI BİLİK YARIŞI BAŞLANDI

03 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının qəbul etdiyi layihəyə əsasən fakültələrarası tələbələrin ümümi dünyagörüşlə bağlı bilik yarışına start verildi. İlk öncə müəyyən edilmiş günlər üzrə qruplaşdırılmış fakültələrin tələbələri arasında keçirilən yarışlarda I,II və III yerlər üzrə qaliblər müəyyənləşdiriləcək, yekunda isə yarış fakültələr üzrə qalib çıxmış tələbələr arasında keçiriləcək və mükafatlandırılacaqlar. […]

Davamı

BEYNƏLXALQ GÜLÜŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

1 aprel 2015-ci il tarixdə Beynəlxalq gülüş günü ilə əlaqədar Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “1 aprel Beynəlxalq gülüş günü” adlı tədbir keçirilmişdir.Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbiri giriş sözü […]

Davamı

AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS

30 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında  Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 mart soyqrımı” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov açaraq konfrans iştirakçılarına  bu soyqırım haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə […]

Davamı

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

30 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Pərvin Kərimzadə açaraq erməni daşnakları tərəfindən azərbaycanlıların soyqırımı haqqında tələbələrə geniş məlumat verərək bildirmişdir ki, Mart […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN BAYRAM ŞƏNLİYİ

“İmperial” adlı şənlik evində Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin, texniki heyət nümayəndələrinin iştirakı ilə Novruz şənliyi keçirildi. Şənlikdə ilk öncə  rektor  professor Yusif Yusibov kollektivi bayram münasibətilə təbrik edib onlara möhkəm can sağlığı və işlərində uğurlar arzulayaraq Universitetin həyatında səmərəli fəaliyyətləri və təhsildə müvəffəqiyyətləri ilə  fərqlənən  müəllim və tələbələri fəxri fərmanla təltif etdi. Növbə […]

Davamı

EL ŞƏNLİYİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ FƏAL İŞTİRAK ETDİ

19 mart 2015-ci ildə Gəncə şəhərində keçirilən möhtəşəm el şənliyində Gəncə Dövlət Universitetinin kollektivi də də fəal iştirak etmişdir. Meydanda düzəldilmiş qədim sənət nümunələri, Cavad xan küçəsində milli xörəyimiz olan 10 növ plovdan ibarət bayram süfrəsi, məscidin yaxınlığında Təsviri incəsənət kafedrasının əməkdaşlarının, təsviri incəsənət müəllimliyi ixtisasının tələbələrinin rəssamlıq işləri nümayiş etdirilmiş, tamaşaçıların hədsiz rəğbətinə səbəb […]

Davamı

75 İLLİK YUBİLEY TƏNTƏNƏLİ QEYD EDİLDİ

19 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında Universitetin Fəxri professoru, fizika-riyaziyyat elmləri namizədi Əliqulu Umud oğlu Quliyevin 75 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev, Gəncə şəhər universitetlərinin nümayəndələri, ziyalılar dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə Universitetin rektoru professor Yusif Yusibov açaraq Əliqulu Unud oğlu […]

Davamı

“BİZ BACARIRIQ” ADLI İSTEDAD MÜSABİQƏSİ

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə müxtəlif sahələrdə istedadlı tələbələrin axtarışları və seçilməsi ilə bağlı ciddi işlər gedirdi. Nəhayət layihəyə əsasən  “Biz bacaririq” adlı istedad müsabiqəsi keçirildi. Çoxsaylı müəllim və tələbələrin iştirakı ilə keçirilən bu müsabiqəni Universitetin elm və innovasiyalar üzrə  prorektoru Pərvin Kərimzadə açaraq  qeyd etdi ki, bir çox tələbəmiz yaxşı təhsil […]

Davamı

ELMİ-PRAKTİK KONFRANS KEÇİRƏLƏCƏKDİR

5-6 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr edilmiş “Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda  elmi-praktik  konfrans  keçiriləcəkdir. Konfransda Müasir biologiyanın, Üzvi kimyanın aktual problemləri, Qeyri-üzvi kimyanın, Aqrokimya və torpaqşünaslığın, Biofizika və biokimyanın müasir problemləri, Neft kimyasının nəzəri və praktik məsələləri kimi elmi istiqamətlərə yönəldilmiş […]

Davamı

TARİX-COĞRAFİYA FAKÜLTƏSİNDƏ HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ YIĞINCAĞI

Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində həmkarlar təşkilatının  hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərov, Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımov iştirak etmişdir. Fakültənin dekanı, professor Həsənbala Sadıqovun sədrlik etdiyi yığıncaqda  fakültə həmkarlar təşkilatının  sədri dosent Cavid Bağırzadə  seçki müddətində təşkilatın fəaliyyəti ilə bağlı hesabatını iştirakçıların […]

Davamı