UNİVERSİTETİN ŞƏRƏFİNİ QORUYANLAR
Bu günlərdə Bakı şəhərində ali məktəblərin tələbələri arasında yüngül atletika üzrə Respublika çempionatı keçirilmişdir. Çempionatda Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda uğurla çıxış edərək III yerə sahib olmuşdur. Komanda Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun, Gənclər və İdman naziri cənab Azad Rəhimovun, Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Səttar Mehbalıyevin imzası ilə fəxri […]