“MÜƏLLİM GÜNÜ” MÜNASİBƏTİLƏ MÜSABİQƏ
04 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Müəllimlər günü” münasibətilə tələbələr arasında “Mənim əziz müəllimim” adlı inşa-yazı müsabiqəsi təşkil edilmişdir. Ayrı-ayrı fakültələrdə təhsil alan I-III kurs tələbələrinin iştirakı ilə həyata keçirilən müsabiqənin nəticələri bu həftə ərzində açıqlanacaqdır. Yazılan inşanın nəticəsinə əsasən birinci, ikinci və üçüncü yerlərə layiq görülmüş tələbələrin […]