“GƏZƏN KİTABXANA” İLƏ TANIŞLIQ
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının layihəsi çərçivəsində təşkil olunmuş “Gəzən kitabxana” Gəncə şəhərinə öz müjdəsi ilə gəlmişdir. Xüsusi maşında səliqə ilə rəflərdə yerləşdirilmiş kitabxana səyyari olaraq gənc oxuculara xidmət göstərir. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin bir qrup tələbəsi “Gəzən kitabxana” və orada yaradılan şəraitlə tanış olmuş, mini kitabxanadakı kitablar haqqında […]