TYUTOR HAZIRLIĞI TƏLİM PROQRAMI

Gəncə Dövlət Universitetində 07 yanvar 2015-ci il tarixdən etibarən tyutor hazırlığı təlim proqramı başlanmışdır. 07 mart 2015-ci il tarixədək davam edəcək bu təlimdə dinləyicilərə “Kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə tanışlıq”, ”Multimedia”, ”Təqdimatların hazırlanması” barəsində məlumat verilir.
Təlim Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Təranə Musayeva tərəfindən aparılır.
Tyutor hazırlığı təlim proqramı başa çatdıqdan sonra burada təlim keçən müəllimlərə sertifkatlar veriləcəkdir. Bu sertifkatlar əsasən 3 formada olacaq. I sertifqat müəllimlər içində “Bilik, bacarıq və səriştəsi ilə fərqlənənlərə”, II sertifkat “Biliyi və fəal iştirakına görə fərqlənənlər”, III sertifkat isə “İştirakına görə” nəzərdə tutulub. Universitet üzrə tyutorlar da həmin sertifqat alan dinləyicilər içərisindən seçilib təyin olunacaqdır.