Universitet işçilərinin əmək haqqları 10 faiz artırıldı.

Son vaxtlar Gəncə Dövlət Universitetində hər bir sahədə uğurlu işlər görülür. Tədrisin daha keyfiyyətli aparılması üçün  müasir tələblərə cavab verəcək maddi-texniki baza möhkəmləndirilir, yeni-yeni laboratoriyalar yaradılır, köhnə laboratoriyalar müasir avadanlıqlarla təchiz olunur, artıq ağıllı lövhələr quraşdırılıb müəllim və tələbələrin istifadəsinə verilmiş, internet xidməti yüksək səviyyəyə çatdırılmışdır.
Rəhbərlik Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsilə yanaşı əməkdaşların maddi-rifah halının yaxşılaşdırılmasına da ciddi fikir verir, imkan olduqca bu yönümdə addımlar atır. Bu günlərdə də belə bir sevindirici addım atılmışdır. Universitet Elmi Şurasının 22 dekabr 2014-cü il tarixdə keçirilmiş iclasında əməkdaşların əmək haqqlarının artırılması məsələsi müzakirə edilmiş və  büdcədənkənar vəsait hesabına bütün işçilərin əmək haqqları 10 faiz artırılması qərara alınmışdır. Bu qərar əməkdaşların maddi durumunun yaxşılaşdırılması istiqamətində göstərilən qayğıdır. Şübhə yox ki, imkan yarandıqca bu qayğının davam etdirilməsi rəhbərliyin daim diqqət mərkəzindədir.