İNŞA-YAZI MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ


21 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatının birgə  təşkil etdiyi Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş  “Xocalı faciəsi gənclərin gözü ilə“ adlı inşa-yazı müsabiqəsi keçirilmişdir. Xocalı  qurbanlarının unudulmaz xatirəsini yad edən bu inşa-yazı müsabiqəsində 8 fakültədən 90-dan artıq tələbə iştirak etdi.
6 fevral 2015-ci il tarixdə Əsas binanın akt zalında inşa-yazı müsabiqəsinin nəticəsinə və qaliblərin mükafatlandırılmasına həsr olunmuş yığıncağı giriş sözü ilə humanitar məsələlər üzrə prorektor Asif Cavadov açdı. O, Xocalı faciəsinə tələbələrin münasibətini, bu faciənin yaddaşlarda əbədi iz salmasını və bunu inşa yazıda böyük vətəndaş qeyrəti ilə ifadə etmələrini xüsusilə vurğuladı. Arzu etdi ki, tələbələrimiz belə müsabiqələrdə daha da fəal iştirak etsinlər.
Bundan sonra qaliblər elan olundu. Birinci yerə Riyaziyyat-informatika fakültəsinin tələbəsi Aynur Abbasova, ikinci yerə Fizika və texniki fənnlər fakültəsinin tələbəsi Çinarə Allahverdiyeva, üçüncü yerə Filologiya fakültəsinin tələbəsi İsmayılova Ayşən və Pedaqoji fakültənin tələbəsi Nailə Cəlilova layiq görülmüşdür. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edildi.