Miqrasiya siyasətinin təbliğ edilməsinə dair maarifləndirmə xarakterli seminar keçirilmişdir

Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanovun iştirakı ilə miqrasiya siyasətinin təbliğ edilməsinə dair maarifləndirmə xarakterli seminar keçirilmişdir.
Universitetimizdə bakalavr, magistr və doktorantura pillələri üzrə  təhsil alan xarici ölkə vətəndaşlarının  miqrasiya siyasətini anlamaları və bu sahədə maariflənmələri istər-istəməz belə bir seminarın keçürilməsini gündəmə gətirmişdir.
Vahid Qəhrəmanov dinləyiciləri 2007-ci ildən yaradılan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin bu günə qədər gördüyü əsas işlərlə tanış etdi. Respublikamızın   bir çox müəssisələrində çalışan və xüsusən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların bu sahədə biliklərinin artırılması məqsədilə maarifləndirici söhbətlər aparıldığını bildirdi.
Seminarda Vahid Qəhrəmanov əcnəbi tələbələri maraqlandıran sualları cavablandırdı.
Humanitar işlər üzrə prorektor Asif Cavadov unversitetimizdə belə bir seminarın təşkili üçün  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanova rektorluğun minnətdarlığını  bildirdi.