RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNDƏ 8 MART


Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Riyaziyyat-informatika fakültəsinin təşkilatçılığı ilə fakültədə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir təşkil olunmuşdu. 3-cü kurs tələbəsi Vüsalə Əmirzadə və 2-ci kurs tələbəsi Binnət Həsənzadə tədbirin aparıcıları kimi ilk öncə öz qabiliyyətlərini nümayiş etdirdilər.
Tədbir fakültənin tələbələri olan Aysel Əmirovanın və Hekayət Əhmədzadənin ifasında səslənən “Ana” şeiri ilə başladı. Fakültənin tələbəsi Songül Rəhimlinin ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı, Zəkilə Mustafayeva və Leyla Nağıyevanın gitarada çalıb ifa etdikləri mahnılar, bayram münasibətilə təbrik sözlərindən ibarət videoçarx, prorektor Fəxrəddin Məmmədovun, Riyaziyyat-informatika fakültəsinin dekanı Oruc Hüseynovun, fəxri professor Əliqulu Quliyevin və dosent Nüyvər Nəsrullayevin ürək sözləri  tədbirə xüsusi canlanma verdi.