EL ŞƏNLİYİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ FƏAL İŞTİRAK ETDİ


19 mart 2015-ci ildə Gəncə şəhərində keçirilən möhtəşəm el şənliyində Gəncə Dövlət Universitetinin kollektivi də də fəal iştirak etmişdir. Meydanda düzəldilmiş qədim sənət nümunələri, Cavad xan küçəsində milli xörəyimiz olan 10 növ plovdan ibarət bayram süfrəsi, məscidin yaxınlığında Təsviri incəsənət kafedrasının əməkdaşlarının, təsviri incəsənət müəllimliyi ixtisasının tələbələrinin rəssamlıq işləri nümayiş etdirilmiş, tamaşaçıların hədsiz rəğbətinə səbəb olmuşdur. Təsviri incəsənət kafedrasının əməkdaşlarında professor, əməkdar rəssam Şaiq Məmmədovun, Azərbaycan Rəssamlar İttifaqının üzvü, baş müəllim Əbülfət Məhərrəmovun, tələbələrdən Elçin Cəfərovun, Anna Səfərovanın el bayramına həsr olunmuş  20-dən artıq  sənət əsəri hamının diqqətini cəlb etmişdir.
Novruz bayramı münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin sərəncamı ilə “Gəncə şəhərinin sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə” professor Şaiq Məmmədova və professor Xəlil Yusifliyə fəxri fərman verilməsi Universitetimiz üçün bayram günündə ən layiqli töhfə oldu.