MAARİFLƏNDİRİCİ GÖRÜŞ


03 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Gəncə şəhər prokurorluğunun müstəntiqi Kənan Babazadənin müəllim və tələbələrlə görüşü keçirilmişdir.Görüşdə Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov, fakültələrin tərbiyəvi işlər üzrə dekan müavinləri, müəllimlər və tələbələr iştirak etmişlər.
Prorektor Asif Cavadov Kənan Babazadəni, müəllim və tələbə heyətini salamlayaraq görüşün məqsədi haqqında məlumatlar vermişdir. O, bu görüşün bizim gələcəyimiz olan gənclər üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirərək qeyd etmişdir ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə, gənc nəsillə bağlayır. Gənc  nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.
Gəncə şəhər prokurorluğunun müstəntiqi Kənan Babazadə öz çıxışında bildirmişdir ki, Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynayır. Bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesinə fəal qoşulur, ən müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Kənan Babazadə gənclərimizi daim kriminal aləmdən uzaq olmağa çağırmış və onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Biologiya-kimya fakültəsinin müəllimi Xumar İsmayılova, Filalogiya fakültəsinin müəllimi Nadir Kubışev, Tarix-coğrafiya fakültəsinin müəllimi İlham Məmmədov, Fizika və texniki fənlər fakültəsinin müəllimi Yəhya Namazov öz çıxışlarında Universitetimizdə gənclərə böyük diqqət və qayğının olduğunu, müstəntiq Kənan Babazadənin gəlişinin isə gənclərimizə ciddi təsir göstərəcəyini vurğulamışlar.