Gəncə Dövlət Universitetində “Müəllim andı” içildi.

29 sentyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetində yeni işə qəbul olunan gənc müəllimlər ilk dəfə olaraq “müəllim andı” içdilər. Universitetin rektoru professor Yusif Yusibov müəllimlik peşəsinin nə qədər şərəfli olduğunu vurğulayıb və gənc müəllimlərə  bu adı hər zaman uca tutmağı tövsiyyə edib.

Xatırladaq ki, andiçmə müəllimin fəaliyyətə başladığı zaman bir dəfə olur. Sonradan Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. “Müəllimlərin etik davranış qaydaları”na əsasən, and Azərbaycanla müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.