ALMAN DİLİ KAFEDRASININ XEYRİYYƏÇİLİK AKSİYASI


06 aprel 2015-ci il tarixdə Xarici dillər fakültəsinin Alman dili kafedrasının təşəbbüsü  və kafedra müdiri baş müəllim Vüsalə Kərimovanın təşkilatçılığı ilə alman dili müəllimliyi ixtisasının tələbələri “Uşaq evinə yardım” aksiyası keçirmişlər. Məqsəd toplanan pul vəsaitini körpələr evinə baş çəkmək, hədiyyələrlə onların könlünü oxşamaq idi.
Aksiyada alman dili müəllimliyi ixtisasının tələbələrindən Fidan Yusibova, Fəridə Əliyeva, Gülnara Ələsgərzadə, Türkan Qəribova, Vəsilə Əmirova, Leyla Orucova, Səbinə Allahyarova, Fəridə Abbasova xüsusi fəallıq göstərmişlər.
Aksiyadan sonra müəllim və tələbələr uşaq evinə baş çəkmiş, gəlişləri ilə onların hədsiz sevincinə səbəb olmuşlar. Uşaqlarla birgə şənlənən müəllim və tələbələr xatirəsi unudulmayacaq bir gün yaşamışlar.