YENİ LAYİHƏ


Gəncə Dovlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin hərtərəfli inkişafını həmişə diqqət mərkəzində saxlayır, zəruri tədbirlərin reallaşması üçün yeni-yeni  layihələrinə start verir. Şübhə yox ki, müasir dövrdə, hər sahədə dünyaya inteqrasiya olunduğumuz bir şəraitdə dil bilmədən məhsuldar fəaliyyət çətin prosesdir. Elə bu baxımdan 07 aprel 2015-ci il tarixdən universitet tələbələri üçün ödənişsiz ingilis kursu təşkil olundu. Hər biri 15 nəfər tələbədən ibarət iki qrup ilk məşğələsinə başladı. Kursun məqsədi tələbələrə ingilis dilinin qrammatikasını öyrətmək və onlarda danışıq bacarığını yaratmaqdır. Tələbələrin ingilis dilini sürətlə mənimsəmələri üçün kurslardan əlavə həftənin altıncı günləri ingilis dilində şifahi danışıq günü olacaqdır.
Tələbələrlə İngilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Rəvanə Ələkbərova məşğul olur.