Gəncə Dövlət Universitetində Dövlət Müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş konfrans keçirildi

Sekil

Oktyabrın 17-də Gəncə Dövlət Universitetində 18 Oktyabr Dövlət Müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədov 1918-ci ildə əldə edilmiş dövlət müstəqilliyinə Qızıl Ordunun hücumları nəticəsində son qoyulduğunu və nəhayət, XX əsrin sonlarında Azərbaycan Dövlətinin ikinci dəfə müstəqillik qazandığını qeyd etdi. 1991-ci ilin 18 oktyabrında xalq hərəkatının məntiqi səyi nəticəsində respublika Ali Sovetində müstəqillik aktının imzalandığını bildirdi. O da qeyd olundu ki, hakimiyyət uğrunda mübarizə aparan daxili və xarici qüvvələrin müdaxiləsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Xalqın təkidli təbəli ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ölkəni bu təhlükədən xilas etdi. «Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir» – deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək üçün siyasi və iqtisadi sahədə böyük islahatlar həyata keçirmişdir. Müstəqil Dövlətimizin inkişafına yönələn bu islahatların nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitlik yaranmışdır. Bu sürətli inkişaf xətti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə «Müstəqil dövlətçiliyimizin qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri», Ümumi tarix kafedrasının dosent əvəzi Etibar Musayev «18 Oktyabrın Azərbaycan tarixində yeri», Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev «Davamlı siyasi və iqtisadi inkişafımız müstəqilliyimizin qarantıdır» mövzusunda məruzə etdilər.
Sonda Fəxrəddin Məmmədov konfrans iştirakçılarını bu tarixi gün münasibətilə bir daha təbrik etdi, müstəqil dövlətimizin inkişafı yolunda hər kəsə uğurlar arzuladı.
Ümbülbanu HACIYEVA,
GDU-nun Mətbuat Şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =