Gəncə Dövlət Universitetində yeni tədris ili qeyd olundu

Gəncə Dövlət Universitetinin II tədris binasında 15 sentyabr Bilik günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Tərbiyə işləri üzrə prorektor Asif Cavadov açaraq yeni tədris ilində universitetin bakalavr və magistratura pilləsinə qədəm qoyacaq tələbələri təbrik etdi.

Universitetin rektoru, professor Yusif Yusibov tədbirdə iştirak edən çoxsaylı tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzuladı. Universitetin şərəfli tarixindən söz açan rektor Y.Yusibov onu da qeyd etdi ki, Gəncə Dövlət Universiteti bu gün də həmin estafeti uğurla davam etdirməkdədir. Universitetin Beynəlxalq əlaqələr, elm, incəsənət, idman və digər sahələrdə qazandığı nailiyyətlər universitet kollektivinin zəhmətinə verilən qiymətin parlaq təzahürüdür.

Tədbirdə tarix-coğrafiya fakültəsinin dekanı professor Həsənbala Sadıqov, pedaqoji fakültənin dekanı Bayram Apoyev və başqaları çıxış edərək universitetə qəbul olan tələbələrə xoş arzularını bildirdilər.  Daha sonra rektor, professor Yusif Yusibov qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə – Əhmədova Günay Mehman qızı (677) və Qəhrəmanova Tərlan Hüseyn qızına (639) tələbə bileti, “Notbook”, gül dəstələri və digər tələbələrə isə qiymətli hədiyyələr, tələbə biletlərini  təqdim etdi.

Universitetə qəbul olunmuş tələbələrin valideynləri adından Allahverdi Cəfərov və Səmayə Mirzəyeva çıxışlarında yeni tədris ili münasibətilə müəllimləri və tələbələri təbrik edərək universitet rəhbərliyinə tələbələrə göstərdiyi qayğı və diqqətə görə minnətdarlıqlarını bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 12 =