FUTZAL ÇEMPİONATI KEÇİRİLİR


Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İqtisadiyyat və idarəetmə  fakültəsinin təşəbbüsü və  Tələbə Gənclər Təşkilatının təşkil etdiyi Futzal çempionati keçirilir. Çempionatda fakültənin 8 ixtisası üzrə hər ixtisasdan 8 nəfərdən ibarət bir komanda iştirak edir.  İlkin  yarışlarda 4 oyun  kecirildi. Səkkiz komandadan dödrü ikinci turda iştirak etmə səlahiyyəti qazandı. Növbəti mərhələ  oyunları gələn həftə qalib komandalar arasında keçiriləcək.
İkinci turdan sonra  iki qalib komanda birincilik uğrunda yarışacaqdır. Qalib komandanı rəhbərliyin fəxri fərmanı və hədiyyələr gözləyir.