MƏKTƏB SƏHNƏSİNDƏ TAMAŞA


Gəncə Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələri öz vəzifələrini yerinə yetirməklə bərabər, məktəbin kollektivi ilə birlikdə məktəbin  ümumi işlərinə, tədbirlərinə yaxından köməklik göstərir, kollektivin təcrübəli müəllimlərindən öyrənir, onlara da öz töhfələrini verirlər. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan II kurs tələbələrinin fəaliyyəti nümunə kimi göstərilir.
Bu günlərdə tələbələr şagird kollektivi ilə birgə “Fəsillərin gözəli yaz” adlı tədbir hazırlamışlar. Tədbirdə şagirdlər şeir söyləmiş, mahnı ifa etmişlər. Tələbələr isə hazırladıqları Məcid Şamxalovun  “Qaynana” tamaşasını onlara hədiyyə etmişlər. Tələbələrdən Cəfərova Ruzanə- Qaynana, Şahmalı Həsənov –Ayaz, Nazlı Xəlilova- Afət, Pərvanə İsmayılova- Sevda, Cavid Sadıqov –İlqar, Aytən Xasaylı- Sədaqət rolunu ifa etmişlər.
Tələbələrin özlərinəməxsus ifa tərzləri, obraz yaratma qabiliyyətləri, ifaçılığa qarşı məsuliyyət hissləri tamaşanın uğurlu göstərilməsinə və dəfələrlə alqışlanmasına səbəb oldu.
Tamaşanın sonunda Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov və Məhəmməd Fizuli adına 22 saylı məktəbin direktoru Abdulla Kərimov tədbirdə iştirak edən şagird və tələbələrə öz təşəkkürlərini bildirməklə, qeyd etdilər ki, belə tədbirlərin orta məktəblə ali təhsil müəssisəsi arasında daha möhkəm əlaqənin və bağlılığın yaranmasına, şagird və tələbələrin kollektivçilik, yaradıcılıq kimi xarakter və qabiliyyətlərini artırmağa, onlarda müsbət mənəvi keyfiyyətlərin aşılanmasına imkan və şərait yaratmış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 16 =