MİLLİ QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ


16 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Milli qəhrəmanlarımızı yaxından tanımaq və onlar haqqında tələbələrə məlumat verməkdən ibarət idi.
Dünyanın mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarıyla da haqlı olaraq öyünmüşdür. Xalqımız Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbində yaşatmışdır.

Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Dağlıq Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymamış, lazım gələndə doğma od-ocaq, müqəddəs Vətən torpağı uğrunda canlarından da keçmişlər.
Tədbirdə tələbələr Milli qəhrəmanlardan Eldar Həsənov, Yuri Kovalyov, Serqey Murtuzəliyev, Elton İsgəndərov, Çingiz Mustafayev, Əliyar Əliyev, Eldar Məcidov, Etibar İsmayılov, Salatın Əsgərova və Mübariz İbrahimovun şəxsi və döyüş həyatları haqqında, göstərdikləri igidliklərdən söhbət açmışlar.
Riyaziyyat -informatika fakültəsinin I kurs tələbəsi Hekayət Əhmədzadə şeir, söyləmş, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Firuzə Nağıyeva və Riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Vüsalə Əmirzadə isə qəhrəmanlar haqqında məlumat vermişlər.
Tədbirin sonunda qəhrəmanlar haqqında iki video çarx izlənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 4 =