YADİGAR MÜƏLLİMİN AÇIQ DƏRSİ


20 aprel 2015-ci il tarixdə rektorluğun qəbul etdiyi layihəyə əsasən Universitetin əsas binasının akt zalında şəhər  ictimaiyyəti üçün növbəti açıq dərs keçirildi. Azərbaycan dili kafedrasının professor əvəzi, filologiya elmləri doktoru Yadigar Əliyevin açıq dərsində Gəncə şəhərində yerləşən universitetlərin, orta məktəblərin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Fiolologiya fakültəsinin professor-müəllimləri və tələbələr iştirak edirdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov giriş sözündə qeyd etdi ki, bir neçə aydır univrersitetimizdə şəhər ictimaiyyəti üçün açıq dərslərin keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bu ənənə universitetimizdə tədrisin keyfiyyətinə nəinki müsbət təsir göstərmiş, hətta şəhər ictimaiyyəti arasında da rəğbət qazanmışdır. O da məqbul haldır ki, müəllimlər özləri açıq dərslərinin keçirilməsinə təşəbbüs göstərirlər.
Yadigar Əliyevin ”Azərbaycan dilinin dialekt və şivələrində say və əvəzliklər” mövzusuna həsr edilmiş açıq dərs dinləyicilər tərəfindən maraqla qarşılandı.