GƏLƏN HƏFTƏ FİNAL YARIŞI OLACAQ


Bu günlərdə Gəncə Dövlət  Universitetinin əsas binasının akt zalında Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Biologiya-kimya və Riyaziyyat-informatika fakültəsinin  tələbələri arasında  fərdi intellekt yarış keçirilmişdir. Layihəyə uyğun olaraq  bu yarış  intelekt yarışlarının axırıncısı idi. Artıq indiyə kimi keçən yarışların qalibləri müəyyəndir. Gələn həftə final yarışı olacaq. Qaliblər rektorluğun fəxri fərmanına layiq görüləcəklər.