“3G” KOMANDASI QALİB OLMUŞDUR


“Odlar Yurdu” Gənclər İctimai Birliyi,  Gəncə Regional Debat Mərkəzi, Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə Dövlət Universiteti Debat Klubunun təşkilatciligi ilə həyata keçirilən “Gəncə Dövlət Universiteti III Daxili Debat Forumu –Yaz 2015” forumu uğurla başa çatmışdır. Forum “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatina müsbət təsir göstərir” movzusunda həyata keçirilmişdir.
Forumda hər birində 3 nəfər olmaqla 8 komanda iştirak etmiş,onlardan “3G” ve “Mustang” komandaları finala cıxmış, yekunda “3G” komandası isə formun əsas qalibi olmuşdur.
Formun sonunda qaliblərə,  finala çıxmış komandalar və bütün iştirakçılara şəhadətnamələr təqdim olunmuşdur.