QALİBLƏR MÜƏYYƏNLƏŞDİ


Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə həyata keçirdiyi layihə əsasında İntellektual çempionatın finalı keçirildi. Dörd həftə davam edən gərgin yarışma finalla yekunlaşdı və qaliblər müəyyənləşdi. Birinci yerə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Həsənova Çinarə, ikinci yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Qaraşov Bürhan, üçüncü yerə Xarici dillər fakültəsinin tələbəsi Aslanova Gülnar sahib oldu.
Ulu öndər Heydər Əliyevin 92 -ci ildönümü münasibəti ilə həyata keçirilən rəsm müsabiqəsinin, futzal çempionatının, fənn olimpiadasının və intellektual çempionatın qalibləri may ayının ilk həftəsi mükafatlandırılacaqlar .