İÇƏRİŞƏHƏR FESTİVALINDA GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ TƏMSİL OLUNUB

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Bir Könüllü proqramının dəvəti ilə Bakının İçəri şəhərində Novruz şənliyi münasibətilə təşkil olunmuş festivalda Gəncə Dövlət Universiteti də təmsil olnmuşdur.Universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov və Xarici dillər fakültəsinin ikinci kurs tələbəsi, Gəncə Dövlət Universitetindən Bir könüllü proqramı uzrə koordinator Məhərrəmova Çinarə festivalda iştirak etmişlər.

Festivalda Universitetlə baglı nümayiş olunan təbliğ səciyyəli məhsullar tamaşaçıların marağına səbəb olmuşdur.