TƏLƏBƏLƏR “FORMULA-1”-DƏ KÖNÜLLÜ OLACAQLAR

DSC_3980

Gəncə Dövlət Universitetində Azərbaycan RespublikasıTəhsil Nazirliyinin “Bir” adlı layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə tələbələri bir araya gətirən bu layihə haqqında gənclərə geniş məlumat verilib, layihə iştirakçılarının Bakıda keçiriləcək dünyanın ən böyük idman yarışlarından hesab edilən Formula-1 Avropa Qran Prisində təmsilçilik hüququ əldə edəcəkləri qeyd olunub. Layihənin əsas məqsədi də tələbələrin bu missiyaya stimullaşdırılmasına, onların dövlət əhəmiyyətli tədbirlərdə iştirakına nail olmaqdır.

Təqdimat mərasiminin sonunda proqramla bağlı keçirilən viktorinanın qalibləri mükafatlandırılıb, Gəncədən olan tələbə-könüllülərin “Formula-1” yarışlarına dəstək verəcəklərinə əminlik ifadə olunub.