QONAQLAR SƏRGİDƏN ZÖVQ ALDILAR

05 aprel 2016-cı il tarixdə Türkiyə Cumhuriyyəti Başnazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”nin layihə ortaqlığı ilə “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihə əsasında Gəncə Dövlət Universitetinə türk qardaşlarımızın gəlişi münasibəti ilə II tədris korpusunun foyesində sərgi təşkil olunmuşdur. Sərgidə müəllim və tələbələrin rəsm və əl işlərindən ibarət nümunələr nümayiş etdirilmişdir.

Türk qardaşlarımız sərgidəki nümunələrə böyük zövqlə tamaşa edib olduqca məmnun qaldılar.