ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

08 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında Elmi Şuranın genişləndirilmiş iclası küçirilmişdir. İlk öncə son döyüşlərdə qəhrəmancasına şəhid  olmuş əsgərlərimizin  əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Elmi Şuranın sədri professor Yusif  Yusibov iclasa başlamazdan əvvəl Azərbaycan tarixi kafedrasının baş müəllimi Əliyeva Gülara Əlvan qızını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi münasibətilə Elmi Şura üzvləri adından təbrik edib? can sağlığı,  pedaqoji-elmi fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Qeyd etmişdir ki, Universitetin “Yüksəliş” qəzetinin redaktoru “Əməkdar jurnalist” Qərib Mehdiyevin 80 yaşı tamam olur. Respublikada jurnalist, yazıçı kimi böyük nüfuz qazanmış  Qərib Mehdiyev ömrünün 45 ilini eyni zamanda pedaqoji mətbuatın inkişafına, universitetin uğurlarının təbliğinə həsr etmişdir.

Professor Yusif  Yusibov Azərbaycan Respublikası Ali Təhsil Nazirinin Fəxri Fərmanını və rektorluq adından pul mükafatrını Qərib Mehdiyevə təqdin edib öz xoş arzularını bildirdi.

Bundan sonra iclasın qəbul olunan gündəliyinə əsasən  “Magistratura və TEC xətti ilə elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr”,  “Fizika və texniki fənlər fakültəsinin 5 illik fəaliyyəti”, “Ümumi texniki fənlər və texnologiya kafedrasının müdirinin 5 illik fəaliyyəti”, “Ümumi pedaqogika kafedrasının 5 illik fəaliyyəti” geniş müzakirə edilib lazımı qərararlar qəbul olunmuşdur.

Dosent əvəzi İbrahimli Sahil İsa oğlunun Kimya kafedrasının dosenti elmi adını alması üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması, texnika üzrə fəlsəfə doktoru, baş müəllim Şahverdiyeva İlahə Yunis qızının İdarəetmə kafedrasında  boş olan dosent yerinə seçilməsi də müsbət həll olundu.

İclasın sonunda görkəmli şair Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileynin keçirilməsi ilə bağlı təşkilat komissiyası yaradıldı.