“MƏZUN GÜNÜ” QEYD  EDİLDİ

16 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin bayramsayağı bəzədilmiş II tədris korpusunun qarşısında “Məzun günü” qeyd edilmişdir. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Yusif Yusibov açaraq ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulamışdır. Eyni zamanda  Prezident İlham Əliyev cənabları  tərəfindən ölkəmizdə elmə, təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmışdır. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat vermişdir. Bildirmişdir ki, müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlayan universitet ölkəmizin müvafiq dövlət qurumları, yerli və beynəlxalq təhsil ocaqları, bir sıra təşkilatlar ilə sıx əməkdaşlıq edir. Bu il bu ali təhsil ocağını 40 ixtisas üzrə əyani təhsil alan  1299, qiyabi təhsil alan 179 bakalavriat və 49 magistratura proqramlarında olmaqla 140 məzun bitirmişdir.

Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə,Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edərək müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Riyaziyyat-informatika fakültəsinin tələbəsi Nicat İbadov məzunlar adından müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildirmişdir. Qeyd etmişdir ki, məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına  söz vermişlər.

Tədbirin sonunda universiteti fərqlənmə ilə bitirən bir qrup fəal tələbəyə rektorluğun fəxri fərmanı verilmiş, bir qrup tələbənin valideynlərinə təşəkkür məktubu ünvanlanmışdır.

Tədbir məzunların şən rəqsləri ilə yekunlaşmışdır.

 

1 comment on ““MƏZUN GÜNÜ” QEYD  EDİLDİ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =