MƏKTƏBDƏ “COĞRAFİYA GECƏSİ” KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələri  vəzifələrini yerinə yetirməklə kifayətlənmir, məktəblərin ictimai həyatında da  fəallıq göstərir,müəllim kollektivi ilə birgə müxtəlif məzmunlu tədbirlərin təşkilində iştirak edir, hətta öz təşəbbüsləri ilə şagirdlərin dünyagörüşlərinin, bilik səviyyələrinin artmasına səy göstərirlər. Bu məqsədlə də Nizami Aydın adına 18 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan Coğrafiya müəllimliyi ixtisasının III kurs tələbələri “Coğrafiya gecəsi” keçirmişlər.

Təcrübə müəllimi  Roza Əlizadənin rəhbərliyi ilə tələbələrdən  Xatirə Bağırovanın, Teymur Rzayevin, Leyla Çobanovanın, İsmət Cəfərovun hazırladıqları “Coğrafiya gecəsi” müəllim və şagird kollektivinin hədsiz marağına . səbəb olmuşdur. 6, 7, 8-ci siniflərdən seçilmiş şagirdlər maraqlı viktorinalarda, sual-cavablarda iştirak etmiş, bilik nümayişində yarışmışlar. Bu da onların coğrafiya elminə maraqlarının artmasına, məlumatlarının genişlənməsinə, dogma vətənləri Azərbaycanın   təbii sərvətlərinə, coğrafi quruluşuna bələd olmalarına ciddi təsir göstərmişdir.

Tədbirin sonunda birinci yerə sahib olan şagirdə diplom verilmişdir.