Gəncə Dövlət Universitetində “Əsrin müqaviləsi” adlı konfrans keçirilib.

Konfrans “Əsrin müqaviləsinin” imzalanmasının 20 illiyinə həsr olunub. Konfransda çıxış edən GDU-nun Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin dahiyanə siyasəti nəticəsində qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılıb.

1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan neft kontraktları imzalanıb.

“Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan Pərvin Kərimzadə busazişin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmləndirilməsində və dünyaya tanıdılmasında əvəzsiz tarixi xidmətlərindən, neft strategiyasından bəhs edən videoçarx nümayiş etdirilib.

Universitetin YAP Ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə “ Əsrin müqaviləsi” və onun mahiyyəti haqqında geniş məruzə ilə şıxış edib. Biologiya – kimya fakültəsinin tələbəsi Tanrıverdi Həsənzadənin isə  Bakı – Tiblisi –Ceyhan əsas ixrac boru kəməri haqqında geniş məruzəsi dinlənilib.

10710571_1459325144349278_3876203061609169139_n