“Uğura gedən yol idealardan keçir” adlı seminar keçirilib.

Sentyabrın 24 – də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “ Uğura gedən yol İdealardan keçir” adlı seminar təşkil edilib. Seminarda universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov təlimdə iştirak edən tələbələri salamlayaraq, seminarın mahiyyəti haqqında danışıb.

Peşəkar təlimçi Gülnar Məmmədova tərəfindən tələbələrin maraqla qarşıladığı seminarda uğur əldə etməyin yollarını müxtəlif üsullarla izah edib. Həmçinin, təlimdə maraqlı oyunlar təşkil olunub, bu da seminarın marağını daha da artırıb.

Sonda tələbələr seminardan öz razılıqlarını bildiriblər.

10711425-1460153350933124-1598994583-N