Tələbə Gənclər Təşkilatı İntellektual oyun keçirdi.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İntellektual Oyunlar Klubu 26 Sentyabr tarixində Fərdi oyun üzrə İntellektual oyun keçirib

Oyunda Tarix –coğrafiya, Xarici dillər,Biologiya və Kimya, İqtisadiyyat və İdarəetmə fakultələrinin tələbələri olmaqla 70 gənc öz intellektini sınayıb.
Oyunu giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələri salamlayıb, oyunların gənclər üçün nə qədər əhəmiyyətli olduğunu və gəncləri daha intellektli olmağa çağırıb. Daha sonra isə İntellektual Oyunlar Klubunun sədri Qulu Abdullazadə çıxış edərək oyunun qaydalarını açıqlayıb, növbəti aylardakı oyunlar haqqında məlumat verib və gəncləri gələcək oyunlarda da daha fəal olmağa səsləyib.
Bir saat davam edən fərdi seçim oyununda 3 nəfər ən yaxşı göstərici ilə qalib olub.
Oyunun qalibinə Azərbaycanda nömrə bir brend olan D`LARON Parfumery&Cosmeticsdən  hədiyyələr təqdim olunub.

10682274_822458871127590_4639707310465778955_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − seven =