“ Bədən Dili “ adlı təlim keçirilib.

Gəncə Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “ Bədən Dili “ adlı təlim keçirilib. Təlimdə 27 nəfər tələbə iştirak edib.Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov təlim iştirakçılarını salamlayıb, Universitetdə gənclər üçün mühüm tədbirlərin həyata keçirildiyini və bu cür təlimlərin gənclərin intellektində mühüm rol oynadığını vurğulayıb.
Təlimi biologiya-kimya fakültəsinin IV kurs tələbəsi Mina Əliyeva və III kurs tələbəsi Tanrıverdi Həsənzadə aparıb. Təlim tələbələr tərəfindən böyük maraqla izlənib, təlim prosesində mövzunun daha yaxşı başa düşülməsi üçün maraqlı oyunlar təşkil olunub.
Sonda iştirakçılar öz razılıqlarını bildiriblər.
Qeyd edək ki , bütün təlimlər dərsdən sonra təşkil olunur. Bu da gənclərin asudə vaxtlarının daha maraqlı və səmərəli keçməsinə imkan yaradır.10721396_1464431240505335_251437588_n