GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNC ALİMLƏRİN  I  BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLƏCƏKDİR

 

17-18 oktyabr 2016-cı il  tarixində Gəncə Dövlət Universitetində keçiriləcək “Gənc alimlərin I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Bölmə I:

  • İqtisadiyyat
  • İdarəetmə
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Mühasibat uçotu və audit
  • Beynəlxalq münasibətlər, tarix və siyasi elmlər

Bölmə II:

  • Dəqiq və təbiət elmləri
  • İnformasiya və kommunikasiya texnologiyaları
  • Fizika
  • Kimya

Bölmə III:

  • Filologiya
  • Tərcüməşünaslığın müasir problemləri
  • Pedaqogika

Konfransda iştirak etmək arzusunda olanlar elmi məqalələrinin tezislərini 15 sentyabr 2016-cı ilə qədər elektron poçt vasitəsilə göstərilən ünvana göndərməlidirlər (E-mail:  elm@gdu.edu.az).  Məqalə 5 səhifə həcmində olmalıdır.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

         FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Məqalə qoşma məktub şəklində göndərilməlidir.
  3. Xülasə: ingilis dilində.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

         Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

         Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az, tel:  (+99422) 256 33 58

Konfransda 40 yaşına qədər olan gənc alimlər iştirak edə bilər.

 

1 comment on “GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNC ALİMLƏRİN  I  BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLƏCƏKDİR”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =