GDU-da liderlik təlimi keçirilib.

GDU Tələbə- Gənclər Təşkilatı “Lider və liderlik xüsusiyyətləri” mövzusunda təlim keçirib.

Tədbiri Tələbə- Gənclər Təşkilatının sədri Orxan Məmmədov giriş sözü ilə acaraq, yeni liderin araşdırılıb üzə çıxarılması yollarından, üstün idarəetmə baçarığından, yüksək təşkilatçılıq qabiliyyətinin formalaşmasından danışıb. Sonra təlimçı Qulu Abdullazadə gənclərə lider olmaq amillərindən , qabiliyyətlərinin üstünlüklərindən danışıb.
Sonda gənclər yekdil bir fikrə gəliblər: liderlik insanın özündən başlayır.Əsl lider ilk növbədə , öz üzərində işləməli, kəşf etməli, kim olmaq istədiyini təyin etməli , ən əsası özünə inanmali və hər bir məqamda öz-özünə “Sən baçararsan!” hökm verməyi bacarmalıdır.

10726822-1474747269473732-486291743-N