ELMİ ŞURANIN SON İCLASI UĞURLA KEÇDİ

 

11 iyul 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 2015/2016-cı tədris ilində son iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Fizika kafedrasından riyaziyyat-fizika üzrə fəlsəfə doktoru Tağıyeva Mətanət Camal qızına və fizika üzrə fəlsəfə doktoru İmanov Rizvan Məmmədəli oğluna Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fizika kafedrasının dosenti diplomunu təqdim etmiş, onlara can sağlığı, elmi-metodiki sahədə yeni-yeni uğurlar arzulamışdır. Bundan sonra Fizika kafedrasının baş müəllimi Rəfibəyli Nurə Yusif qızını  anadan olmasının 80, Ümumi fizika kafedrasının dosenti İsmayılov Elxan Xəlil oğlunu 60, Pedaqogika və təhsilin əsasları kafedrasının dosenti Orucov Sabir Bayram oğlunu 75, Praktik xarici dillər kafedrasının müdiri Əliyeva Zahirə Məşədiələkbər qızını 50 illiyi münasibəti ilə təbrik edib, onların fəaliyyətlərini fəxri fərmanla qiymətləndirdi. Rektor professor Yusif  Yusibov Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın təqdimatı ilə verdiyi sərəncam əsasında Praktik xarici dillər kafedrasının müəllimi Əliyeva Nəsibə İslam qızını və Alman dili kafedrasının baş müəllimi Kərimova Vüsalə Ədalət qızını universitetin ictimai həyatında fəal iştiraklarına görə fəxri fərmanla təltif etdi.

Rektor Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali məktəblərin tələbələri arasında yüngül atletika üzrə təşkil olunmuş  Respublika çempionatında uğurla çıxış edərək III yerə sahib olmuş Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda üzvlərinə təşəkkürünü bildirməklə onların gətirdikləri kubokları alqışlar altında Universitetin idman klubunun sədri Xaqani Umudova təqdim etdi.

Tələbələrimiz intellekt yarışında da uğurlu nəticə əldə edib birinci yeri qazanmışlar. Komandanın hər bir üzvü rektorluq tərəfindən fəxri fərmana və pul mükafatına layiq görüldü.

Təbriklərdən sonra iclasın gündəliyinə uyğun olaraq “Beynəlxalq əlaqələrin mövcud vəziyyəti və onun təkmilləşdirilməsi haqqında”, “Növbəti tədris ili üçün təmirə hazırlığın vəziyyəti” kimi məsələlər müzakirə olunub görülən işlər qənaətbəxş qiymətləndirildi. Elmi Şuranın yeni tədris ilinin I yarım ili üçün təqdim olunan iş planı da yekdilliklə qəbul olundu.

Gizli səsvermə yolu ilə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının dosenti Adilov Rasim Əli oğlu, Coğrafiya kafedrasının dosenti Nuriyev Rəşad Məmməd oğlu, Həndəsə və cəbr kafedrasının dosenti Abbasov Zahid Hümbət oğlu Universitetin Fəxri professor adını layiq görüldülər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fifteen =